Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Tarix: 29-10-2025 13:19 | Bölmə: Gündəm
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 29–31 oktyabr tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Reyting.az
 xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda bildirilib.




Bölməyə aid digər xəbərlər