Pakistan Senatının sədri Azərbaycana gəlib - Foto
Tarix: 28-10-2025 09:47 | Bölmə: Gündəm
Pakistan Senatının sədri Azərbaycana gəlib

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.





Bölməyə aid digər xəbərlər