09:03 / 20-01-2026
Makron Trampın təşəbbüsünü dəstəkləmir
08:46 / 20-01-2026
Moldova MDB-dən çıxmağa hazırlaşır
00:20 / 20-01-2026
İlham Əliyev faciə ilə bağlı paylaşım edib - Foto
00:03 / 20-01-2026
Azərbaycanda Ümumxalq Hüzn Günüdür
23:50 / 19-01-2026
Astarada zəlzələ olub
23:24 / 19-01-2026
Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20:44 / 19-01-2026
Ceyhun Bayramovla ABŞ dövlət katibi telefonda danışıb
20:41 / 19-01-2026
İlham Əliyev ÜST rəhbəri ilə görüşüb
20:18 / 19-01-2026
İlham Əliyev İsveçrədə səfərdədir - (Yenilənib-2) - Fotolar
20:06 / 19-01-2026
Ən etibarlı əskinasları olan ölkələr müəyyənləşib - Siyahı
19:51 / 19-01-2026
Prokurorluq həkim cərrahla bağlı nazirliyə təqdimat göndərib
18:12 / 19-01-2026
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb - Fotolar
18:01 / 19-01-2026
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib - Video
17:54 / 19-01-2026
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
17:52 / 19-01-2026
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
17:38 / 19-01-2026
Kvant kompüterləri yenilənəcək - Foto
17:28 / 19-01-2026
Övladlığa götürülən uşaq atasını güllələyib
17:21 / 19-01-2026
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham irəli sürülüb
17:07 / 19-01-2026
Paşinyanın xanımı niyə Çin dilində danışır?
17:00 / 19-01-2026
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
16:57 / 19-01-2026
“Qurtuluş”a cinayət işi açılıb - Yenilənib
16:50 / 19-01-2026
İlham Əliyevə verilən mükafat hərbi qələbəni dayanıqlı sülhə çevirməyin təsdiqidir
16:22 / 19-01-2026
Əli Əsədov tibb işçilərinin maaşları ilə bağlı qərar imzalayıb
16:08 / 19-01-2026
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
15:47 / 19-01-2026
Azərbaycan prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb
15:08 / 19-01-2026
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
14:49 / 19-01-2026
Sabah Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq
14:40 / 19-01-2026
Ümid Partiyasında əməliyyat olub? - Açıqlama - Yenilənib
14:36 / 19-01-2026
Azərbaycan əhalisinin sayı açıqlanıb
19:19 / 17-01-2026
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
11:04 / 16-01-2026
SOCAR-a yeni müşavir təyin edilib
17:08 / 16-01-2026
Prezident QSC-yə sədr təyin edib - Fotolar
10:50 / 16-01-2026
ABŞ Mars yarışında Çinə uduza bilər
14:52 / 16-01-2026
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
11:04 / 15-01-2026
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
16:21 / 15-01-2026
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
11:27 / 16-01-2026
Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn edilib - (Yenilənib) - Foto
14:23 / 16-01-2026
“Havana sindromu”: məxfi silahdan Venesula əməliyyatında da istifadə ediblər
13:41 / 18-01-2026
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - Fotolar
16:33 / 15-01-2026
Azərbaycanlı alim ABŞ-da həbs olunub
10:17 / 19-01-2026
Mask şirkətlərdən milyardlarla dollar kompensasiya tələb edir - Məhkəmə
“Bu dəfə pərdəni endirmədilər...”
Tarix: 26-05-2025 08:01 | Bölmə: Kənan HACI

Kənan HACI
Unudulmaz aktyorumuz Əli Salahlının əziz xatirəsinə
Tale elə gətirib ki, ta gənclik illərimdən sənət adamları ilə sıx ünsiyyətdə olmuşam. Aktyorlarla, rəssamlarla, musiqiçilərlə, alimlərlə, şair və yazıçılarla... Onların hər biri bənzərsiz xüsusiyyətləri ilə hafizəmdə dərin iz buraxıb. Hər biriylə bağlı munis, həzin xatirələrim var. Belə insanlardan biri də Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Əli Salahlı idi.
İkiminci illərin əvvəlləri idi. “Sənət qəzeti”ndə çalışırdım. Günün ikinci yarısı evə getməyə hazırlaşırdıq ki, yazıçı Nurəddin Ədiloğlu redaksiyaya daxil oldu. Səhv etmirəmsə, yeni yazı gətirmişdi. Qəzetin baş redaktoru, hal-hazırda İsveçrədə yaşayan yazıçı Samir Sədaqətoğlu ilə Nurəddin çox yaxın idilər. Yeri gəlmişkən, bizim Nurəddinlə dostluğumuzun təməli də məhz həmin gün qoyuldu, bu dostluq bu günə qədər davam edir. Bir az ordan-burdan söhbətləşdik, sonra dedi ki, sizi yaxşı bir yerə qonaq aparmaq istəyirəm. Samir Sədaqətoğlu, Nurəddin Ədiloğlu və mən mülayim bir yaz axşamında Əli Salahlının Keşlədəki evində qonaq olduq. Unudulmaz bir gün yaşadıq. Əli Salahlı həmin günü adilikdən xilas elədi, o günə məna, məzmun qatdı.
Xatırlayıram, həyətlərində ağac altında xudmani bir məclis qurmuşdu. Deyəsən, su quyusu qazırdı, iş geyimində idi. Heç əynini dəyişmədi də. O məclisdə mən Əli Salahlı adlı bir sənət adamını kəşf etdim. Olduqca səmimi, koloritli, köhnə kişilərə xas təmkinli bir adam təsiri bağışladı mənə. Ramiz Rövşənin bir şeirini dedi.
Çörəyin daşdan çıxırsa,
Qab-qacağı neyləyirsən?
Bir məclisdə yerin yoxsa,
Qanacağı neyləyirsən?
Səsi indi də qulaqlarımdadır. Badələr toqquşurdu, Əli Salahlı da cuşa gəlib özünü səhnədəymiş kimi hiss edirdi. İçindəki sənət yanğısını fürsət düşmüşkən bu kiçik masa arxasında belə ifadə edirdi. Öyrəndim ki, rəssamlığı da varmış. Dəniz kənarından yığıb topladığı balıqqulağıdan at fiquru düzəltmişdi, baxıb heyran qaldıq. Aradan iyirmi ildən çox zaman keçib, onun söhbətlərini hələ də unutmamışam. Bütün parametrləriylə maraqlı persona idi. İçimdə onun haqqında yazı yazmaq istəyi də yaranmışdı.
Nurəddin Ədiloğlu həmin məclisi belə təsvir edir:
“...Bu da Əlinin Keşlədəki evi. Əli, mən, Samir Sədaqətoğlu, Kənan Hacı, bir də Əlinin kiçik qızı Səkinənin gələcək qayınatası Sübhan!
Əli gözəl süfrə açıb, həm də “sərgi”. Birmərtəbəli evinin divarı boyu əl işləri, rəsmləri düzülüb. Gözəl, bahalı çərçivələrin içində orijinal işlənmiş atlara, dəvələrə, gül çələnglərinə, ay-ulduzlara tamaşa edirik. Əli tez-tez həyəti sulayır. Həm də bunu elə səliqəli və ehtiyatla edir ki, dördkünclərə (çərçivələrə) salınmış əl işlərinin – pannoların üstünə sıçramasın.

Əli Salahlı
...Əli darısqal həyətdə özü quyu qazıb, əkib-becərdiyi göy-göyərti, dekorativ və meyvə ağacları göz oxşayır. Hasara bitişik, xudmani, yarımçıq otaqlar da Əlinin öz yaradıcılığının “məhsulu”dur. Bir az pul olsa... İkinci mərtəbəsini tikər, bax burdan əyri, miniatür pilləkan, bax orda... filan şey, kiçik olsa da, bapbalaca saraya oxşayacaqdı...
Əlinin içində həm də memarlıq eşqi vardı...” (Nurəddin Ədiloğlu, “Sonuncu monoloq”, Bakı. “Araz” nəşriyyatı, 2006. Səh.64)
Nurəddinin kitabını oxuduqca o məclisin, o həyətin mənzərəsi tədricən bir az da aydınlaşır, mən bəzi nüansları unutmuşam. Nurəddin hələ o vaxt bunları yazıbmış. Zaman keçdikcə yaddaş da sozalır, bulanır... Amma Əli Salahlının portreti xatirələr dünyasında öz aydınlığını qoruyub saxlayır. Bu qəbil insanlar heç vaxt unudulmur. Bir də o mehmannəvazlığı, o duzlu-məzəli söhbətləri necə unutmaq olar?!
Az müddət sonra gözəl şairimiz Vaqif Bəhmənlinin redaktoru olduğu “Humanitar qəzeti”ndə Nurəddin Ədiloğlu ilə birlikdə çalışdıq. Tez-tez Əli Salahlı haqqında danışırdıq. Nurəddin deyirdi ki, o yazını mütləq yaz, Əli müəllim sevinər. Bilmirəm... Bilmirəm nə üçünsə o yazı yazılmadı. Amma Nurəddin Əli Salahlı haqqında çox gözəl, məzmunlu, kövrək bir kitab yazdı. Bu haqda bir qədər sonra.
2005-ci ilin yazında Masallıda şair Novruz Xoşbəxtin xatirəsinə həsr edilmiş geniş tədbir keçirilməliydi. Bakıdan da yazıçı və şairlərdən ibarət nümayəndə heyəti Masallıya getməli idi. O tərkibdə mən də var idim. Tarixi dəqiqləşdirmək üçün Nurəddin Ədiloğlunun qələmə aldığı “Sonuncu monoloq” kitabına baxıram. 23 aprel, 2005-ci il imiş. Həyatımın burulğanlar dövrü idi. Bu böhranlı mərhələni adlaya biləcəyim sual altında idi. Söz sözü çəkib gətirir. Novruz Xoşbəxtin oğlu, modern şeirləri ilə ədəbi mühitin diqqətini çəkmiş dostum İlham Novruzoğlu həmin mərhələdə mənə sözün əsl mənasında dayaq oldu. Qocaman şair Məmməd Kazımı da bu yazıda minnətdarlıq hissiylə xatırlayıram. Məhz o insanların sayəsində mən həyatın ağır sınağına tab gətirə bildim. Masallıda keçiriləcək ədəbi tədbirə qatılmağıma çox sevinirdim, düşünürdüm ki, bir günlük olsa da amansız qayğılardan xilas olacağam.
Masallı Mədəniyyət Evində keçirilən tədbirdə iynə atsaydın, yerə düşməzdi. Zal ağzına qədər dolu idi. Novruz Xoşbəxtin qələm dostları çıxış edirdi – Məmməd Kazım, Arif Fərzəli, Vilayət Məmmədov, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli... Əməkdar artist Əli Salahlını ilk dəfə idi ki, səhnədə görürdüm. Halbuki uzun illər Lənkəran Dövlət Dram Teatrında saysız-hesabsız obrazlar yaratmışdı. Bu dəfə “Gilənar çiçəyinə dediklərim” əsərindən yetim Əlabbasın monoloqunu söyləyirdi. Ağlımıza belə gəlməzdi ki, bu, Əli Salahlının səhnədə son monoloqudur. İndi bu sətirləri yazarkən həmin anları xatırlayıram və içimdə bir həyəcan dalğası dolaşır.
O, monoloqu söylədi, alqışların müşayiəti ilə səhnə arxasına keçdi. Vəssalam. Elə həmin andaca halı pisləşib, Təcili Tibbi Yardım çağırıblar. Təcili Yardım gəlib çatanda isə Əli Salahlı artıq həyatda yox idi.
Əməkdar İncəsənət Xadimi, rejissor Bəhram Osmanov deyir:
“Aktyorların çoxu arzulayır ki, səhnədə ölsünlər. Belə ölüm dünyada çox az sənətkara nəsib olub. Azərbaycanda isə bu, ancaq Əli Salahlının aktyor taleyinə yazıldı”.
Şair Arif Fərzəli dostunun qəfil gedişini belə ifadə etmişdi:
Bu dəfə yalançı olmadı ölüm,
Bu dəfə pərdəni endirmədilər.
Mən Əli Salahlının Azərbaycan teatrındakı xidmətləri haqqında yazmadım, otuz ildən artıq çalışdığı Lənkəran teatrında yaratdığı saysız-hesabsız rollarını sadalamadım. Onun sənət bioqrafiyası vikipedik bazada yerləşdirilib. Maraqlananlar bu mənbəyə müraciət edə bilərlər. Nurəddin Ədiloğlunun “Sonuncu monoloq” kitabı Əli Salahlıya ucaldılmış söz abidəsidir. Onun ömür və sənət yolu ilə tanış olmaq istəyənlər həmin kitabı oxusunlar. Mən Əli Salahlıyla – bu işıqlı insanla bağlı köhnəlməyən təəssüratlarımı qələmə almaq istədim. Mənim tanıdığım Əli Salahlı haqqında yazmaq istədim.
Ruhu şad olsun.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır