Muzdlu döyüşçülərlə bağlı yalan məlumat yayıblar
Tarix: 26-07-2020 00:15 | Bölmə: Gündəm
Muzdlu döyüşçülərlə bağlı yalan məlumat yayıblar

Bəzi xəbər agentliklərinin yaydığı məlumata görə, Ermənistan-Azərbaycan münaqişəsində guya Ukrayna muzdluları Azərbaycan tərəfindən vuruşublar.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) yayılan məlumatlara münasibət bildirib.

Reyting.az xəbər verir ki, XİN bu məlumatların əsassız olduğunu açıqlayıb.

XİN-nin Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib ki, bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır:

“Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.

Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}