19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Tarix: 31-10-2025 13:05 | Bölmə: Gündəm
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 24 ailə (124 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

***

Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb.

Reyting.az
xəbər verir ki, Xıdırlı kəndində çatan sakinlərə evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə kəndə 24 ailədən ibarət 124 nəfər köçürülüb.




Bölməyə aid digər xəbərlər