19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Prezident İlham Əliyev fərman imzalayıb
Tarix: 07-11-2025 16:34 | Bölmə: Gündəm
Prezident İlham Əliyev fərman imzalayıb

Prezident İlham Əliyev "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə 24 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti sözügedən qanuna uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydasını üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

Qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Prezident həyata keçirir.




Bölməyə aid digər xəbərlər