Azərbaycanda daha 663 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib
Tarix: 27-10-2020 15:07 | Bölmə: Gündəm
Azərbaycanda daha 663 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 51 149 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 41 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8 768 nəfərdir.

Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}