13:32 / 06-07-2025
Ali məktəblərə qəbul imtahanı keçirilib - (Yenilənib)
12:46 / 06-07-2025
Sabah qısamüddətli yağış gözlənilir - Proqnoz
09:47 / 06-07-2025
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə mane olan səbəblər açıqlanıb - Foto
08:53 / 06-07-2025
Gəncin qətlində şübhəli şəxs saxlanılıb
18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
13:16 / 02-07-2025

19:48 / 04-07-2025

14:40 / 03-07-2025

12:16 / 02-07-2025

15:33 / 02-07-2025

10:26 / 02-07-2025

14:53 / 01-07-2025

17:18 / 02-07-2025

16:55 / 02-07-2025

00:12 / 02-07-2025

15:47 / 04-07-2025

Prezidentə müraciətlərin sayı artır
Tarix: 30-10-2020 00:14 | Bölmə: Gündəm

Vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı məktublar göndərilir.
Reyting.az Azərbaycan Respublikası Prezidentinin saytına istinadla həmin məktublardan bir neçəsini təqdim edir:
Berkut Gencay Sarıkızdan, Balıkesir, Türkiyə
“Hörmətli cənab Prezident.
Mən məktəbliyəm. Azərbaycanı çox sevirəm.
Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, İnşallah, əsgərlərimizə mənim töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm.
Həmin pulun əsgərləriniz olan böyük qardaşlarıma daha çox kömək olacağına ümid edirəm. İnşallah, Qələbə Sizinlədir.
Allah əsgərlərimizin ayağına daş, gözünə yaş salmasın”.
Hilalsu Mertdən, Yozqat, Türkiyə
“Hörmətli cənab Prezident.
Mənim 10 yaşım var. Sizi səmimi qəlbdən salamlayır, dəyərli böyüyüm kimi əllərinizdən öpür, uca Allaha Sizi qoruması üçün dua edirəm.
Hər gün televiziyadan ölkənizin torpaqlarınızı işğaldan azad etmək üçün göstərdiyiniz mübarizəni həyəcanla izləyirəm. Mən inanıram ki, uğrunda şəhidlər verdiyiniz doğma torpaqlarınızı erməni zülmündən qurtaracağınız günlər yaxındadır.
Biz bütün ailə üzvlərimizlə birlikdə Sizə və qəhrəman əsgərlərinizə görə dua edirik. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir.
Mən özümə məxsus sırğamı Azərbaycan əsgərinə kömək üçün yaradılan fonda bəxş etməklə, ümid edirəm ki, az da olsa, igid əsgərlərimizə dəstək ola bilərəm.
Allaha əmanət olun”.
Erdal Adlandan, Giresun, Türkiyə
“Hörmətli cənab Prezident.
Müraciətimin əvvəlində tarix boyu Azərbaycanın və Türkiyənin azadlığı uğrunda şəhid olan bütün əsgərlərimizə Allahdan rəhmət diləyirəm.
Cənab Prezident, keçən əsrin 90-cı illərinin əvvəlində 10 yaşım olsa da Dağlıq Qarabağın işğal edilməsi barədə xəbərləri babamla birlikdə böyük ürək ağrısı ilə qarşıladıq, göz yaşlarımızı saxlaya bilmədik. İllərdir bu yara ürəyimizdə qaysaq bağlamır, içimizi qanadırdı. Amma əmin idim ki, əsl türk olan azərbaycanlı qardaşlarım bir qarış torpaq belə verməzlər.
Erməni terrorçularını doğma torpaqlarınızdan qovmanıza çox sevindim. Onları sonacan qovun, 10 yaşında olan uşaqlarımızın bir daha üzülməsinə imkan verməyin.
Ermənilərin hələ 1915-1923-cü illərdə doğulduğum Girəsun şəhərində törətdikləri vəhşiliklər, tarix boyu türklərə qarşı xainlikləri hələ də yaddaşlardan silinməyib.
Siz mübarizənizdə qazandığınız qələbələrlə təkcə öz şəhidlərinizin deyil, erməni terrorunun qurbanı olan hər bir kəsin qisasını alırsınız.
Türkiyə hər zaman candan əziz olan Azərbaycanın yanındadır. Ölkəmizin hər bir vətəndaşı Azərbaycan üçün canından belə keçməyə hazırdır və bunu özlərinə şərəf bilirlər. Mən, həmçinin türk qanı daşıyan hər kəs haqq işinizi hələlik dualarımızla dəstəkləyirik. Ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızda olduğumuzu unutmayın.
Şəhidlərinizə rəhmət, yaralılara şəfa diləyirəm.
Tanrı türkü qorusun!
Türk qanı daşıyan xoşbəxtdir”.
Namiq Əlimuradovdan, Moskva, Rusiya
“Hörmətli cənab Prezident.
Artıq bir aydır ki, doğma Vətənim sevimli Azərbaycanımda baş verən hadisələri izləyirəm. Qarabağ torpaqlarının qaytarılması uğrunda savaşda Azərbaycan Ordusunun növbəti uğuru barədə hər dəfə xəbər alanda sevinc və qürur hissləri keçirirəm.
Vətəndən xeyli uzaqda olmağım heç bir zaman mənim Azərbaycana sevgimi azalda, ölkəmə görə duyduğum fəxarət hissini zəiflədə bilməz!
Cənab Prezident, Sizə, eləcə də Azərbaycan xalqına mətanət, əzm və bütün işlərdə uğurlar arzulayıram.
Valideynlərimizin bizə təlqin etdiyi və Azərbaycanda yaşayan bütün xalqlara xas olan qüvvətli haqq-ədalət hissi bizi baş verən hadisələrə biganə qalmağa qoymur.
Hər an Azərbaycanın köməyinə gəlməyə hazıram. Sözdə də, əməldə də!
Bizim hamımıza, xüsusən də Sizə uğurlar diləyirəm, cənab Prezident. Haqq kimin tərəfindədirsə, o qalib gəlir, çünki haqq güclüdür.
Qarabağ Azərbaycandır!”
Mayis Məmmədovdan, Novosibirsk, Rusiya
“Hörmətli cənab Prezident!
Sentyabrın 27-də Ermənistanın Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumuna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı və işğal edilmiş ərazilərin azad olunmasına yönəlmiş hərbi əməliyyatlar gedişində şəhid olmuş qardaşlarımıza görə “Rus–Azərbaycan Evi” Regional İctimai Təşkilatı adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dinc əhali arasında həlak olanlar, yaşayış binalarında, eləcə də məktəblər və uşaq bağçaları daxil olmaqla ictimai binaların dağıdılması bizi hədsiz kədərləndirir. Dinc əhaliyə qarşı silah və güc tətbiqini qətiyyətlə pisləyirik.
Hazırda biz - Sizin soydaşlarınız Vətəndən uzaqda olsaq da, cərəyan edən hadisələri, 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində azad edilməsi prosesini diqqətlə izləyir, haqq-ədalət mübarizəsində Sizi dəstəkləyirik, çünki həmvətənlərimizin taleyinə biganə qala bilmərik. Bizim ürəklərimiz Azərbaycanla həmahəng döyünür.
Ümid edirik ki, əldə olunmuş müvəqqəti atəşkəs münaqişənin nizamlanması üçün yeni imkan yaradacaq. İnanırıq ki, tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən haqlı olan Azərbaycan döyüş meydanlarında olduğu kimi, diplomatiya sahəsində də öz üstünlüyünü davam etdirəcək, ədalətli mübarizəsini sona çatdıraraq Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına nail olacaq, regionda sabitliyi, sülhü və asayişi bərpa edəcəkdir.
İndi bizim gözəl ölkəmiz yeni sınaqla üz-üzədir. Lakin ötən illərin təcrübəsi bizə inanmağı, mübarizə aparmağı və qalib gəlməyi öyrədib.
Hörmətli cənab Prezident, mən Sizin strateji siyasətinizi dəstəkləyir və qürur duyuram. İnanıram ki, qətiyyətli rəhbərliyiniz və həmişə xalqı doğru yola istiqamətləndirən müdrikliyiniz sayəsində bundan sonra da sülhü və hər kəs üçün rifahı təmin edəcəksiniz. Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq biz - soydaşlarınız Sizin siyasətinizi dəstəkləyirik, Azərbaycanda sabitlik və firavanlıq naminə əlimizdən gələni edəcəyik.
Rusiya ilə Azərbaycan arasında böyük dostluq bir çox nəsillərdən bəri davam edir, Rusiya və Azərbaycan xalqları çətin vəziyyətdə bir-birlərinə kömək etməyə həmişə hazırdırlar. Ümidvaram ki, Rusiya - Azərbaycan dostluğu illər keçdikcə hər iki dövlətin tərəqqisi, rifahı və əməkdaşlığı naminə daha da dərinləşəcək, inkişaf edəcək və möhkəmlənəcək”.
Kürzəli Bayramovdan, Tovuz, Azərbaycan
“Hörmətli cənab Prezident.
İşğaldan azad olunan bütün torpaqlara və yaşadığımız sevinc hisslərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin sayənizdə uzun illərin həsrətinə son qoyuldu, əzəli, əbədi torpaqlarımıza qovuşuruq. Sevinc hisslərimizi sözlə ifadə edə bilmirik.
Hər zaman yanınızdayıq, cənab Prezident”.
Elvin Məmmədovdan, Şəki, Azərbaycan
“Müzəffər Ali Baş Komandan.
Mən bir zabit olaraq Azərbaycanın bu haqq savaşında, işğal altında olan doğma torpaqlarımız uğrunda gedən Vətən müharibəsində canımdan, son damla qanımdan belə keçməyə hazıram. Bir Azərbaycan oğlu kimi ön cəbhədə düşmənlə üz-üzə vuruşaraq şəhidlərimizin intiqamını almaq istəyirəm.
Müzəffər Ali Baş Komandan, hərbi anda sadiq qalacağıma, düşmənə qarşı vicdanla vuruşacağıma Sizi əmin edirəm. Əmrinizi gözləyirəm”.
Rubabə Nuriyevadan, Şamaxı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin dərin savadınız, dünyagörüşünüz qarşısında dünyanın siyasət meydanında heç bir siyasətçi tab gətirə bilməz. Siz Azərbaycan xalqının xilaskarısınız. Gələcək nəsillər Azərbaycan deyəndə Sizi, İlham Heydər oğlu deyəndə isə Azərbaycanı xatırlayacaq. Allah Sizi qorusun. Yaşasın Azərbaycan xalqı! Yaşasın sevimli Prezidentimiz! Azərbaycanın şanlı Ordusuna eşq olsun!”
Fariz Ağayevdən, Saatlı, Azərbaycan
“Müzəffər Ali Baş Komandan.
Bu sevinci bizə yaşatdığınıza görə Saatlı sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, bir təhsil işçisi kimi inanıram ki, pedaqoji fəaliyyətimizi Şuşada, Xankəndidə, Laçında davam etdirəcəyimiz günlər lap yaxındadır. Bildirmək istəyirik ki, hər zaman Sizin əmrinizi gözləyirik. Hər birimiz Vətənimiz naminə son damla qanımızadək döyüşməyə hazırıq.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!”
Cavad Quliyevdən, Bakı, Azərbaycan
"Müzəffər Ali Baş Komandan.
Bir talış, bir lənkəranlı olaraq Sizə təşəkkür edirəm. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı, doğma Qarabağımızı düşmən tapdağından azad edirsiniz. Bu, Sizin yüksək savadınız və güclü iradənizin nəticəsində mümkün olmuşdur.
Bütün xalqımız Sizə sonsuz təşəkkür edir və ətrafınızda sıx birləşib.
Allah Sizi və mətin Ordumuzu qorusun!
Cənab Prezident, çox təəssüflənirəm ki, bir vətəndaş olaraq, Vətənə olan borcumu yerinə yetirə bilmirəm. Çox istərdim ki, məni də Ordu sıralarına daxil etsinlər. Bu Vətən üçün canımı da, qanımı da verməyə hazıram.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!”
Çingiz Salmanovdan, Qubadlı, Azərbaycan
“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Nəhayət gözlədiyimiz gün gəldi. İyirmi yeddi il həsrətdən sonra Zəngəzurun qapısı adlandırılan Qubadlı rayonu mənfur düşmən tapdağından azad edildi. İllərdi bu günü gözləyir, Vətən həsrətilə yaşayırdıq. Artıq buna son qoydunuz, xalqımın qəhrəman, yenilməz oğlu. Bizi əbədi və əzəli dədə-baba torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. İnşallah, Sizin göstərişinizlə müzəffər Azərbaycan Ordusu digər işğal altında olan torpaqlarımızı yaxın günlərdə düşmən tapdağından azad edərək şanlı Azərbaycanımızın üçrəngli bayrağını yüksəklərə qaldıracaqdır.
Cənab Prezident, Sizin bu haqq işiniz və adınız bir sərkərdə olaraq gələcək nəsillərin yaddaşında qalmaqla qızıl həriflərlə tarix dərsliklərində yazılacaqdır. Mən fəxr edirəm ki, mənim xalqımın Sizin kimi ağıllı, savadlı, uzaqgörən Prezidenti var. Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!”
Səbuhi Atakişiyevdən, Ağcabədi, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan.
Son günlər Azərbaycan Ordusu tarix yazmaqda davam edir. Çox xoşbəxtik ki, qazanılan qələbələrin canlı şahidiyik.
Müzəffər Ali Baş Komandan, hər gün azad olunmuş torpaqlarımızın xəbərini eşitdikcə böyük qürur hissi keçiririk. Siz bu gün milyonların arzusunu reallaşdırırsınız, Sizə Ulu Tanrıdan güc, qüvvət arzu edirik. İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu üç rəngli Bayrağımızı Şuşada dalğalandıracaq. Eşq olsun Ali Baş Komandanımıza, eşq olsun Azərbaycan Ordusuna. Qarabağ Azərbaycandır!”
Rauf Xanlarovdan, Bərdə, Azərbaycan
“Hörmətli Prezident, cənab Ali baş Komandan!
Mən Sizinlə fəxr edirəm. Azərbaycanımızın torpaqlarının qarış-qarış azad edilməsi barədə dilinizdən çıxan sevinc dolu cümlələri, məntəqələrimizin adlarını çəkdiyiniz saniyələri qürurla izləyirəm.
Cənab Prezident, son illər etdiyiniz kadr dəyişiklikləri, COVID-19 pandemiyası ilə apardığınız mübarizə tədbirləri və nəhayət ki, qəlbimizdə yara bağlamış Qarabağ həsrətinə son qoymaq üçün başlatdığınız Vətən müharibəsi bir daha sübut etdi ki, Siz var olduqca Azərbaycan xalqının yaşayacağı gözəl günlər çox olacaq. Sizə inanıram və güvənirəm. Kaş hər gün dilinizdən çıxan o “Qarabağ Azərbaycandır!” ifadəsini televiziyadan yox, Sizin qarsızında duraraq eşidəydim.
Allah Sizi və rəşadətli əsgərlərimizi qorusun! Fəxr edirəm ki mən azərbaycanlıyam!
Qarabağ Azərbaycandır!”
Cavid Şamoyevdən, Bakı, Azərbaycan
“Çox hörmətli Prezident, cənab Ali Baş Komandan!
Mənim 13 yaşım var və torpaqlarımızın azadlığı uğrunda döyüşmək istəyirəm. Yaşım az olsa da, əlimdən gələni əsirgəmərəm. Mənim qardaşım hərbi xidmətdədir. Mən də onun kimi Vətənimin keşiyində durmaq istəyirəm.
Əminəm ki, çox yaxın zamanda Siz başda olmaqla, Azərbaycan Ordusu qələbə qazanacaqdır. Sizə və qəhrəman əsgərlərimizə böyük uğurlar arzu edirəm.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!”
Bölməyə aid digər xəbərlər

4-07-2025, 19:48
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
4-07-2025, 19:14
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
4-07-2025, 17:42
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
4-07-2025, 16:59
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
4-07-2025, 16:01
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
4-07-2025, 14:28
Prezident: "Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır"
4-07-2025, 11:51
İlham Əliyev Şahbaz Şərifi Xankəndidə qarşılayıb - (Yenilənib)
4-07-2025, 11:18
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olunub
4-07-2025, 11:08
İlham Əliyev Donald Trampa məktub göndərib
4-07-2025, 09:37
Tacikistan prezidenti Azərbaycana gəlib
3-07-2025, 22:38
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - Foto
3-07-2025, 19:57
"Sputnik-Azərbaycan" işi: beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib
3-07-2025, 19:05
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndində olublar - (Yenilənib) - Fotolar
3-07-2025, 16:47
Azərbaycan dili üzrə test imtahanının nəticələri elan olunub
3-07-2025, 15:55
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
3-07-2025, 15:06
Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib - Yenilənib
3-07-2025, 14:40
İlham Əliyev Qarabağa səfər edib - (Yenilənib+) - Fotolar
3-07-2025, 14:34
İki prezident Füzuli rayonuna səfər edib - Foto
3-07-2025, 14:23
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq
3-07-2025, 10:36
Əliyevlə Paşinyanın Dubayda görüşü planlaşdırılır
2-07-2025, 20:57
İlham Əliyev və Özbəkistan prezidenti “Sea Breeze”də - Fotolar
2-07-2025, 17:25
Rusiyanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
2-07-2025, 17:18
Daha üç şəhidimizin dəfn mərasimi olacaq - Fotolar
2-07-2025, 10:36
İdarə rəisi: "Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb"
2-07-2025, 10:10
Zaxarova: "Rusiya və Azərbaycan arasında dostluq..."
2-07-2025, 09:12
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
1-07-2025, 19:14
Zelenski Əliyevə zəng edib
1-07-2025, 17:39
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır
1-07-2025, 17:04
Rusiya Azərbaycana nota verib
1-07-2025, 11:39
Slovakiya Elçin Qasımovu Azərbaycana səfir təyin edib
1-07-2025, 11:35
İran prezidenti Qarabağa gəlir
30-06-2025, 17:51
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
30-06-2025, 17:45
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
30-06-2025, 17:11
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
30-06-2025, 16:51
Ersin Tatar Azərbaycana gəlir
30-06-2025, 16:46
Ərdoğan Azərbaycana səfər edəcək
30-06-2025, 14:15
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
30-06-2025, 11:23
Bir qrup xarici vətəndaş İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
29-06-2025, 13:20
Rezidenturaya qəbul imtahanı keçirilib - (Yenilənib)
29-06-2025, 00:40
Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
28-06-2025, 23:57
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirdilər”