Beynəlxalq təşkilat Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atıldığını təsdiqləyib
Tarix: 30-10-2020 09:33 | Bölmə: Gündəm
Beynəlxalq təşkilat Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atıldığını təsdiqləyib

"Human Rights Watch" insan haqları üzrə beynəlxalq təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.

Reyting.az
-ın məlumatına görə, təşkilatın yaydığı açıqlamada bildirilir ki, Ermənistan qüvvələri 28 oktyabrda Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzunmənzilli raket növünü atıb və ya atılmasını təmin edib: “Hücumda ən az 21 mülki şəxsin öldüyü və ən az 70 nəfərin yaralandığı bildirilir”.

"Human Rights Watch" bəyan edir ki, kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər