Ermənistan növbəti dəfə yalan məlumat yayıb
Tarix: 03-11-2020 13:20 | Bölmə: Gündəm
Ermənistan növbəti dəfə yalan məlumat yayıb

Ermənistan mətbuatı növbəti dəfə yalan məlumat yayıb. Bildirilir ki, guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonlar Xocavənd rayonunun Taqavard kəndi istiqamətində vurulub. Əslində isə bu məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

Bu barədə Reyting.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər