Azərbaycanda daha 1242 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib
Tarix: 03-11-2020 15:08 | Bölmə: Gündəm
Azərbaycanda daha 1242 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 58 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 45 030 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12 484 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 159, ötən müddət ərzində isə ümumilikdə 1 379 779 test aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər