Hikmət Hacıyev: “Həmsədrlər Ermənistanın müharibə cinayətinə illərdir laqeyd yanaşır"
Tarix: 07-11-2020 20:16 | Bölmə: Gündəm
Hikmət Hacıyev: “Həmsədrlər Ermənistanın müharibə cinayətinə illərdir laqeyd yanaşır"

"Qanunsuz məskunlaşma müharibə cinayətidir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binadan müsadirə olunan sənədlər Ermənistanın qanunsuz məskunlaşdırma siyasətini davam etdirdiyini və Suriya ermənilərindən muzdlu kimi istifadə etdiyini göstərir".

Reyting.az
-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib ki, qanunsuz məskunlaşdırma ilə bağlı müraciətlərimizə həmsədrlər tərəfindən illərdir laqeyd yanaşılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər