Prezident Şuşanın işğaldan azad olunması ilə bağlı general Hikmət Mirzəyevə zəng edib
Tarix: 08-11-2020 14:17 | Bölmə: Gündəm
Prezident Şuşanın işğaldan azad olunması ilə bağlı general Hikmət Mirzəyevə zəng edib

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.

Reyting.az
xəbər verir ki, Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.

Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər