Hikmət Hacıyev: “Terrora çağırış edən erməni deputat AŞ PA mandatından məhrum edilməlidir”
Tarix: 09-11-2020 23:21 | Bölmə: Gündəm
Hikmət Hacıyev: “Terrora çağırış edən erməni deputat AŞ PA mandatından məhrum edilməlidir”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında terror çağırışları edən erməni deputat Naira Zohrabyanın AŞ PA mandatından məhrum edilməsi ilə bağlı paylaşım edib.

Reyting.az
-ın məlumatına görə, Hikmət Hacıyev yazıb ki, “Çiçəklənən Ermənistan” Fraksiyasından olan Naira Zohrabyan Ermənistan parlamentinin üzvüdür: “O, həmçinin AŞ PA-da təmsil olunur. Mingəçevir su anbarını vurmaq barədə Azərbaycana qarşı terror çağırışları edir. Belə düşüncəyə sahib siyasətçi AŞ PA mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”.

Naira Zohrabyan, Member of Armenian National Assembly from "Prosperous Armenia" Faction. Also represented at PACE/@coe. Calls for terror/#WarCrime against Azerbaijan by hitting Mingachevir reservoir. Politician with such mentality must be stripped of PACE mandate. We condemn it. pic.twitter.com/jElxB6QAAf

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 9, 2020.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər