Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı araşdırma başlayıb
Tarix: 10-11-2020 00:52 | Bölmə: Gündəm
Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı araşdırma başlayıb

Noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı Baş Prokurorluq öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər