Hikmət Hacıyev: “Şəhidlərimiz qanları və canları ilə geosiyasi oyunları darmadağın etdilər”
Tarix: 11-11-2020 08:56 | Bölmə: Gündəm
Hikmət Hacıyev: “Şəhidlərimiz qanları və canları ilə geosiyasi oyunları darmadağın etdilər”

“Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter”dəki hesabında yazıb.

“Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azaddır”- deyə, o bildirib.

“Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə 'fait accompli' prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi”.

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 10, 2020




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər