Prezident daha iki qanuna dəyişikliyi təsdiqləyib
Tarix: 12-11-2020 18:31 | Bölmə: Gündəm
Prezident daha iki qanuna dəyişikliyi təsdiqləyib

Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin tam həcmdə ödənilməsi qaydası dəyişib.

Reyting.az-
ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” və “İşsizlikdən sığorta haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsinin vəsaiti hesabına ödənilirdi.

Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödəniləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər