Akar: “Türkiyənin Qarabağdakı yeri həm döyüş meydanında, həm də danışıqlar masasındadır”
Tarix: 12-11-2020 21:43 | Bölmə: Gündəm
Akar: “Türkiyənin Qarabağdakı yeri həm döyüş meydanında, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirrəm: Türkiyənin yeri bu məsələnin kökündə, həm döyüş meydanında, həm də danışıqlar masasındadır”.

Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: “Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.

H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət gələcək: “Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər