Rəsmi Moskva: "Ermənistan Kəlbəcərin qaytarılması ilə bağlı öhdəlik götürüb"
Tarix: 13-11-2020 15:14 | Bölmə: Gündəm
Rəsmi Moskva: "Ermənistan Kəlbəcərin qaytarılması ilə bağlı öhdəlik götürüb"

Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana verilməsi prosesində Rusiya sülhməramlılarının iştirakı məsələlərini komandanlığa yönəltmək lazımdır.

Bu barədə Kremlin mətbuat katibi Dmirti Peskov bildirib.

“Bu rayonun qaytarılması Putin, Əliyev və Paşinyan tərəfindən imzalanan birgə bəyanatda nəzərdə tutulub. Bu, erməni tərəfinin üzərinə götürdüyü öhdəlikdir. O ki, qaldı Rusiya sülhməramlılarının bu prosesdə iştirakı məsələsinə, sizə cavab verə bilmərəm. Yaxşı olardı ki, belə sualları komandanlığa yönəldəsiniz”, - deyə Rusiya prezidentinin sözçüsü Kəlbəcər rayonunun Azərbaycana verilməsində Rusiyanın rolu nədən ibarət olacaq sualına cavabında vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər