Bu qurumlarda könüllü xidmətə daxil olanlar birbaşa zabit heyətinə keçiriləcək - Siyahı
Tarix: 17-11-2020 19:11 | Bölmə: Gündəm
Bu qurumlarda könüllü xidmətə daxil olanlar birbaşa zabit heyətinə keçiriləcək - Siyahı

Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan vətəndaşlar birbaşa kadr zabit heyətinə keçiriləcəklər.  

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Fərmanda dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər