Azərbaycanda daha 2239 nəfər koronavirusa yoluxub, 25 nəfər vəfat edib
Tarix: 18-11-2020 14:46 | Bölmə: Gündəm
Azərbaycanda daha 2239 nəfər koronavirusa yoluxub, 25 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 25 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ümumilikdə 81 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 58 111 nəfər müalicə olunaraq sağalıb, 1 030 nəfər vəfat edib, aktiv xəstə sayı 22 256 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 134, ötən müddət ərzində isə ümumilikdə 1 549 568 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}