Azərbaycan və Rusiya FHN-ləri Qarabağla bağlı birgə məlumat yayıb
Tarix: 20-11-2020 14:50 | Bölmə: Gündəm
Azərbaycan və Rusiya FHN-ləri Qarabağla bağlı birgə məlumat yayıb

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

Azərbaycan FHN-nin məlumatına görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}