Azərbaycanda daha 3169 nəfər koronavirusa yoluxub, 26 nəfər vəfat edib
Tarix: 20-11-2020 16:33 | Bölmə: Gündəm
Azərbaycanda daha 3169 nəfər koronavirusa yoluxub, 26 nəfər vəfat edib

Bu gün Azərbaycanda koronavirus infeksiyasına 3 169 yeni yoluxma faktı qeydə alınıb, 1 404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan 26 nəfər dünyasını dəyişib: "İndiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 029 nəfər vəfat edib, aktiv xəstələrin sayı 25 215 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}