20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Tarix: 20-11-2020 17:04 | Bölmə: Gündəm
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı “İnstagram” hesabında paylaşım edib.

Reyting.az
-ın məlumatına görə, paylaşımda deyilir:

“Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”




Bölməyə aid digər xəbərlər