Azərbaycan və Fransa XİN başçıları Qarabağla bağlı müzakirə aparıblar
Tarix: 21-11-2020 00:12 | Bölmə: Gündəm
Azərbaycan və Fransa XİN başçıları Qarabağla bağlı müzakirə aparıblar

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Reyting.az-a verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyət, 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir sıra məsələlər, eləcə də humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi, dini abidələrin vəziyyətinin öyrənilməsi və qorunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın həyata keçirilməsini qeyd ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər