Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
Tarix: 01-12-2020 17:46 | Bölmə: Gündəm
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib.

Reyting.az-
ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında" qanunu təsdiqləyib.

“Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiqlənib.

Məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti  tərəfindən  irəli sürülmüş vəsatətlərə əsasən veriləcək. 

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Prezidentinin aktı təqdim ediləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}