Ekspert: "Delta” ştamının daha ağır xəstəliklərə səbəb olması barədə heç bir elmi sübut yoxdur"
Tarix: 15-07-2021 15:28 | Bölmə: Gündəm
Ekspert: "Delta” ştamının daha ağır xəstəliklərə səbəb olması barədə heç bir elmi sübut yoxdur"

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Delta” ştamının ölkəyə necə keçməsi ilə bağlı fikirlərə izahat verib.

Reyting.az 
xəbər verir ki, o, bir şəxsin uçuşdan əvvəl verdiyi testin neqativ çıxmasından müəyyən vaxtdan sonra nəticəsinin pozitiv olmasını misal gətirib: "Bu xəstəliyin gizli dövrü var. Sonuncu dövrdə virus özünü pozitiv olaraq büruzə verə bilər. Bilirik ki, adətən uçuşdan 72 saat əvvəl PCR testi nəticəsində nəticə neqativ ola bilər. Lakin keçən müddətdən sonra tənəffüs yollarına düşən virus növbəti analizdə pozitiv çıxa bilər”.

Nazirlik rəsmisi deyib ki, "Delta” ştamının daha ağır xəstəliklərə səbəb olması və digər təhlükələrlə bağlı hələ heç bir elmi sübut yoxdur: "Baş verən fəsadlar sadəcə müşahidələrdir".

T.Eyvazov onu da bildirib ki, iki doza alan və xəstəliyi yüngül keçirən şəxslərin xəstəxanaya yatırılmasına ehtiyac yoxdur: “Mümkün qədər arxayınlaşmayaq. Peyvəndin kütləviliyi də artırılmalıdır, çünki yeganə çıxış yolu vaksinasiyadır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər