13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Prezident bu səfirləri geri çağırıb - Yeni təyinatlar
Tarix: 23-07-2021 15:58 | Bölmə: Gündəm
Prezident bu səfirləri geri çağırıb

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Reyting.az-
ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər sərəncamla Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Başqa bir sərəncamla İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb..

Dövlət başçısının digər sərəncamı ilə Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən də geri çağırılıb.

Digər sərəncama əsasən, Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Eyni zamanda Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə R.Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Prezidentin başqa bir sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər