16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan Ordusu ilə ABŞ Milli Qvardiyası arasında əməkdaşlıq genişlənir - Video
Tarix: 29-07-2021 13:07 | Bölmə: Gündəm
Azərbaycan Ordusu ilə ABŞ Milli Qvardiyası arasında əməkdaşlıq genişlənir

Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təsdiq olunmuş “Ştatla Tərəfdaşlıq” proqramı əsasında Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.

Tərəflər Azərbaycan Ordusu ilə Oklahoma ştatının Milli Qvardiyası arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonra nümayəndə heyətinin “N” hərbi hissəsinə ziyarəti təşkil olunub.

44 günlük Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinə salınmış guşə ziyarət olunub. General-mayor M.Tompson Fəxri ziyarətçi və qonaqlar kitabına ürək sözlərini qeyd edib.

Hərbi hissənin iclas zalında brifinq təqdim olunduqdan sonra nümayəndə heyəti “N” hərbi hissəsinin Əməliyyat İmkanları Konsepsiyasına (ƏİK) bəyan edilmiş bölmələrinin fəaliyyəti və onlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}