17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub
Tarix: 31-07-2021 18:00 | Bölmə: Gündəm
Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 343849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332926 nəfər müalicə olunaraq sağalıb, 5023 nəfər vəfat edib, aktiv xəstə sayı 5900 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10386, ötən müddət ərzində isə ümumilikdə 4034340 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}