12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
MN: "Ermənistan Müdafiə Nazirliyi öz çirkin əməllərindən əl çəkmir"
Tarix: 06-08-2021 17:47 | Bölmə: Gündəm
MN: "Ermənistan Müdafiə Nazirliyi öz çirkin əməllərindən əl çəkmir"

"Etimadını itirmiş Ermənistan Müdafiə Nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır".

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır: "Bildiririk ki, bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədi ilə atəş açılır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}