13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ermənistan Naxçıvan və Kəlbəcər istiqamətində yenə atəşkəsi pozub
Tarix: 07-08-2021 13:10 | Bölmə: Gündəm
Ermənistan Naxçıvan və Kəlbəcər istiqamətində yenə atəşkəsi pozub

Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Reyting.az
 xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər