Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutulub
Tarix: 07-08-2021 17:58 | Bölmə: Gündəm
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutulub

Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur: "Cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}