Azərbaycanda koronavirusa 1220 yeni yoluxma qeydə alınıb - Foto
Tarix: 08-08-2021 23:46 | Bölmə: Gündəm
Azərbaycanda koronavirusa 1220 yeni yoluxma qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1220 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 351825 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 335025 nəfər müalicə olunaraq sağalıb, 5063 nəfər vəfat edib, aktiv xəstə sayı 11737 nəfərdir.

Ölkədə son sutka ərzində 9578, hazırkı dövrədək isə 4116768 test aparılıb.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}