12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Azərbaycan İrana etiraz notası verib
Tarix: 11-08-2021 16:48 | Bölmə: Gündəm
Azərbaycan İrana etiraz notası verib

İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

Reyting.az
xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfəri ilə bağlı aşkarlanmış arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.

Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxışı ilə bağlı narazılıq yer alıb.

Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb.

Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}