13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
SOCAR-ın strukturunun təkmilləşdirilməsi haqqında fərman imzalanıb
Tarix: 11-08-2021 17:52 | Bölmə: Gündəm
SOCAR-ın strukturunun təkmilləşdirilməsi haqqında fərman imzalanıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 nömrəli Fərmanının icrası ilə əlaqədar aşağıdakı qərar verilib:

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36; 2004, № 9, maddə 681; 2005, № 2, maddə 73, № 12, maddə 1109; 2006, № 7, maddə 590, № 9, maddə 736; 2007, № 3, maddə 219, № 12, maddə 1244; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, № 4, maddə 298, № 7, maddə 610; 2011, № 9, maddə 789, № 11, maddə 1011; 2014, № 2, maddə 119, № 12, maddələr 1582, 1584; 2016, № 2 (II kitab), maddə 268, № 3, maddə 472; 2017, № 10, maddə 1780; 2018, № 7 (I kitab), maddə 1453; 2019, № 5, maddə 847; 2021, № 5, maddə 441) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 5.19-cu bəndinin ikinci cümləsində “, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və” sözləri “və 12 (on iki)” sözləri ilə əvəz edilsin.

Beləliklə, fərmana əsasən, SOCAR-ın İdarə Heyətinin (İH) üzvlərinin sayı 14-dən 12-yə endirilib.

Bundan sonra İH-nə Şirkətin prezidenti, I vitse-prezidenti, eləcə də geologiya və geofizika məsələləri üzrə (1), yataqların işlənməsi üzrə (2), iqtisadi məsələlər üzrə (3), emal üzrə (4), sərmayələr və marketinq üzrə (5), sosial məsələlər üzrə (6), ekologiya üzrə (7), kadr, rejim və informasiya texnologiyaları üzrə (8), strateji inkişaf üzrə (9), neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə (10) vitse-prezidentlər daxildir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər