13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ermənilər Sədərək rayonunu yenidən hədəf seçib
Tarix: 13-08-2021 13:20 | Bölmə: Gündəm
Ermənilər Sədərək rayonunu yenidən hədəf seçib

Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər