13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
MN: "Ordumuzun atəşi nəticəsində erməni hərbçisinin həlak olması məlumatı yalandır"
Tarix: 16-08-2021 13:14 | Bölmə: Gündəm
MN: "Ordumuzun atəşi nəticəsində erməni hərbçisinin həlak olması məlumatı yalandır"

Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.

Bu barədə Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub: "Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər