13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Naxçıvan ərazisi yenidən atəşə tutulub
Tarix: 17-08-2021 23:09 | Bölmə: Gündəm
Naxçıvan ərazisi yenidən atəşə tutulub

Avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.

Reyting.az
xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər