Ermənistan parlamentində növbəti dava: deputatlar bir-birlərinə butulka atıb - Video
Tarix: 25-08-2021 11:43 | Bölmə: Gündəm
Ermənistan parlamentində növbəti dava: deputatlar bir-birlərinə butulka atıb

Ermənistanın qanunverici orqanının bugünkü iclasında qalmaqal yaşanıb.

“Sputnik Armenia” xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən Hayk Sarkisyanın çıxışı müxalif deputatların qəzəbinə səbəb olub.

H.Sarkisyan iqtidarın siyasətini müdafiə edən çıxışı zamanı Ermənistanın bütün keçmiş müdafiə nazirlərini satqın adlandırması ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatları tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Müxalifətçilər H.Sarkisyana butulka atıb, sonradan bütün fraksiyalar bir-birinə butulka atmağa başlayıb, insident böyüyüb.

Qeyd edək ki, dünən də Ermənistan parlamentində qarşıdurma yaranmışdı/Report.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}