Ordumuzun motoatıcı birləşmələri döyüş atışlarına cəlb olunub - Video
Tarix: 02-09-2021 17:07 | Bölmə: Gündəm
Ordumuzun motoatıcı birləşmələri döyüş atışlarına cəlb olunub

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrinin təlim mərkəzi və poliqonlarında şəxsi heyət aktiv məşğələlərə cəlb edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, səhra şəraitində və çətin relyefli ərazilərdə təşkil olunan məşğələlərdə komandirlər tərəfindən tabelikdə olanların silahla davranış qaydaları, nəzəri biliklər və praktiki bacarıqlar yoxlanılır.

Şəxsi heyətin döyüş meydanında hədəfləri məhv edərək sağ qalmaq vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə silah nümunələrinin tətbiqi səviyyəsi döyüş atışları ilə qiymətləndirilir.

Məşğələlərdə atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetirilir.










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}