13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
Azərbaycana gələn əcnəbilər COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola biləcək - Qərar
Tarix: 02-09-2021 19:50 | Bölmə: Gündəm
Azərbaycana gələn əcnəbilər COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola biləcək

Azərbaycana gələn əcnəbilər COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola bilərlər.

Reyting.az
xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah məlumatında bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib. "Bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər. Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}