Milli Məclisin Elm və təhsil komitəsi toplanır: iki məsələ müzakirəyə çıxarılır
Tarix: 04-09-2021 13:18 | Bölmə: Gündəm
Milli Məclisin Elm və təhsil komitəsi toplanır: iki məsələ müzakirəyə çıxarılır

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün işlər planına daxil edilən qanun layihələri məlum olub.

Reyting.az
xəbər verir ki, komitənin işlər planına iki yeni qanun layihəsi daxil edilib.

Bunlar “Ali təhsil haqqında ” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və Milli Məclisin plenar iclasına tövsiyə edilməsidir.

Bundan əlavə, işlər planına komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə MM-ə çıxarılacaq sənədlərin müzakirəsi və komitələrin iclaslarında iştirak, komitədə qəbul olunmuş qanunlar, qərarlar və s. barədə KİV-ə məlumat verilməsi, komitə üzvlərinin ölkə, beynəlxalq və digər tədbirlərdə iştirakı və komitənin gördüyü işlərə dair hesabatın və digər sənədlərin hazırlanması və komitədə müzakirəsinə dair məsələlərdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}