TƏBİB sədri istefa ərizəsi yazıb
Tarix: 12-09-2021 10:24 | Bölmə: Gündəm
TƏBİB sədri istefa ərizəsi yazıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifədən azad olunması üçün ərizə ilə müraciət edib.

Reyting.az
-ın məlumatına görə, bu barədə R. Bayramlı “Tvitter” hesabında yazıb.

R. Bayramlı istər Azərbaycanın 44 günlük haqq savaşında, istərsə də ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığı dəyərli məsləkdaşlarına təşəkkürünü bildirib, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əydiyini qeyd edib.

“Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm”, - R. Bayramlı yazıb.

Qeyd edək ki, dünən bəzi KİV-lərdə R. Bayramlının TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən azad edildiyi bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}