Bakının işğaldan azad olunması münasibətilə daha bir yürüş başlayıb
Tarix: 15-09-2021 10:35 | Bölmə: Gündəm
Bakının işğaldan azad olunması münasibətilə daha bir yürüş başlayıb

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda hərbçilərin daha bir yürüşü başlayıb.

Tədbirə Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən start verilib.

Türkiyənin bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyublar.

Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında keçirilən yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi-Bəhram Gur heykəli marşrutu ilə davam edəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}