14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Azərbaycanın yaratdığı yeni reallıqlar: Ermənistan Qacaran-Sisian yoluna 1 milyard dollar xərcləməyə məcburdur
Tarix: 16-09-2021 18:19 | Bölmə: Gündəm
Azərbaycanın yaratdığı yeni reallıqlar: Ermənistan Qacaran-Sisian yoluna 1 milyard dollar xərcləməyə məcburdur

“Yaxın gələcəkdə aradan qaldırılacaq bir maneə ortaya çıxdı, ancaq bilirsiniz ki, bizim də yaxşı olmayan, lakin istifadə edilən bir yolumuz var. Ən pis halda, B planımız mövcuddur”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan 16 sentyabrda hökumətin iclasından sonra keçirdiyi brifinqdə İran-Ermənistan yolunun Azərbaycan hissəsində Bakının yaratdığı yeni reallıqlardan danışarkən deyib.

Erməni nazir əlavə edib ki, indi İrəvan əlindəki yaxşı olmayan və istifadəyə yararsız yolu düzəltmək üçün intensiv işlər görür: “Şimal-Cənub yolunun Qacaran-Sisian hissəsi ilə bağlı praktiki addımlara çox yaxın olduğumuzu bilirsiniz. Hökumət bu hissənin inşasına təxminən 1 milyard dollar sərmayə qoymağı planlaşdırır”.

Erməni nazir bildirib ki, Görus-Qafan yolundakı vəziyyətdən narahatdırlar və yolun bu vəziyyətinin iqtisadiyyata, ticarətə və turizmə böyük ziyan vurduğuna inanırlar:

“Bizim Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi bu məsələlər üzərində real vaxt rejimində işləyirlər. Təbii ki, müharibədən sonra və normal həyata keçməzdən əvvəl belə problemlər olacaq, ancaq onlar soyuqqanlı və ardıcıllıqla həll edilməlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}