13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışıb
Tarix: 23-03-2026 23:17 | Bölmə: Siyasət

Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışıb

Bu gün Xarici işlər naziri Ceyhun Bayramovla İran XİN başçısı Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub. Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.

C. Bayramov həmçinin İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində rəsmi Bakının gözləntilərini bir daha diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.





Bölməyə aid digər xəbərlər