13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb
Tarix: 27-03-2026 11:10 | Bölmə: Siyasət

Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb

Prezidentin köməkçisi Hikmət Hacıyev Budapeştdə Türkiyə prezidentinin baş müşaviri Akif Şağatay Kılıçla görüşüb.

Reyting.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial media hesabında açıqlama verib.

Onun sözlərinə görə, Budapeştdə Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla səmərəli görüş olub. Görüşdə Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi aparıblar: "Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".





Bölməyə aid digər xəbərlər