13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Ən çox kitab oxunan ölkələrdə hansı janra üstünlük verirlər?
Tarix: 28-03-2026 11:02 | Bölmə: Mədəniyyət

Ən çox kitab oxunan ölkələrdə hansı janra üstünlük verirlər?

2026-cı il üçün dünyanın 36 ölkəsində ən populyar kitab janrlarının qısa icmalı dərc olunub. Ekspertlərin fikrincə, gözlənilməz ümidverici göstəricilər var.

Mütəxəssislər bildiriblər ki, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə bəzi ölkələrdən olan insanların ötən illərdə olduğu kimi hələ də kitab oxumaqlarına davam etməkləri XXI əsrdə qəribə görünür və sevindirici faktordur.

Reyting.az xəbər verir ki, "sheets.works" saytının layihəsi əsasında hazırlanmış infoqrafikaya görə, ölkələr üzrə kitab janrı seçimi və oxu zövqləri çox fərqlənir.

Qeyd olunur ki, ən çox kitab oxumağa vaxt ayıran ölkə Hindistandır. Bu ölkədə insanlar həftə ərzində 10 saat 42 dəqiqəni ancaq kitab oxumağa sərf edir və ən populyar janr poeziyadır. Eyni zamanda, poeziya janrını sevənlər arasında Kanada, Türkiyə və Filippin kimi "şeir vurğunu" olan ölkələr də var.

Bir ildə ən çox kitab oxucusu olan ölkə ABŞ-dır. Bu ölkədə orta hesabla hər bir adam 17 kitab oxuyur. Üstəlik, amerikalı kitabsevərlər əsas janr kimi klassik ədəbiyyata üstünlük verirlər. Klassika həmçinin Avstraliya, İsveç, Yeni Zelandiya, Böyük Britaniya, İrlandiya kimi ölkələrin vətəndaşlarının da sevdiyi janrdır.

Rusiyada isə hazırda ən populyar bədii janr fantastikadır. Rusiyalı oxucular orta hesabla həftə ərzində 7 saat 6 dəqiqə fantastik əsərlər oxuyurlar ki, bu da ildə 11 kitab deməkdir.

Fantastika janrı İtaliya, İsveçrə, Almaniya və Polşada da geniş yayılıb.

Fransada, İspaniyada, Portuqaliyada və Braziliyada oxucular daha çox romantik janrda olan əsərlərə üstünlük verirlər.

Digər fərqli zövqə malik Meksika və Argentinada isə oxucular qorxu janrında yazılan əsərləri çox oxuyurlar.

Danimarka oxucusunun əsas seçimi trillerdir.

Finlandiya və Norveçin böyük oxucu kütləsinin maraqla qarşıladığı əsərlər isə daha çox detektiv janrdadır. Oxu zövqünə görə, bu ölkələrdən fərqlənən və kitabsevər oxucuların sayının getdikcə artdığı Cənubi Koreyada isə macəra janrı daha populyardır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər