13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Agentlik 856 uşağı övladlığa verib
Tarix: 28-03-2026 13:59 | Bölmə: Cəmiyyət

Agentlik 856 uşağı övladlığa verib

Ötən dövrdə Sosial Xidmətlər Agentliyi 856 uşağı övladlığa verib. Onlardan 432 nəfəri oğlan, 424 nəfəri qızdır.

Reyting.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

2020-ci ilin ortalarından fəaliyyətə başlayan Agentliyin reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq müəssisələrindən 471-i oğlan, 393-si qız olmaqla 864 uşaq öz ailələrinə qaytarılıb.

Həmçinin 889 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.





Bölməyə aid digər xəbərlər
26-03-2026, 13:08 Sabah yağış yağacaq